AZE | RUS | ENG
Ana səhifə Məhsulları Istehsal prosesinin Əlaqə
   

Istehsal prosesinin

 

Yeniliklər

Biz dünya miqyaslı yeyinti məhsullarının istehsalatı sahəsində yeniliklərə diqqətlə nəzər yetirirk və hər zaman bu sahədə elmi tadqiqatlar həyata keçiririk, bu da kəşf etdiyimiz müasir üsulları istehsalatda müvəffəqiyyətlə istifadə etmək imkanı yaradır. Şirkətimizin istehsal etdiyi məhsulun keyfiyyəti ən müasir avadanlığla təchiz olunmuş yüksək texnologiyalı laborotoriyalarda yoxlanılır. Bu da bizə keyfiyyətin yüksək dərəcədə saxlanılmasına imkan verir və dünya standartlarına uyğun olmasını təmin edir.

Keyfiyyətə zəmanət

“BALACANS” şirkəti biznes inkişafı və keyfiyyətin nəzarəti sektorunda ən peşəkar məsləhətçi və mütəxəssislər tərəfindən idarə olunur. Bu da bizim istehsal etdiyimiz məhsulun başqa üstünlüklərlə yanaşı ən yüksək keyfiyyətə malik olmasına və ümüdünya standartlarına uyğunlaşmasına köməklik göstərir, yuxarıda sözü çəkilən faktor dünya üzrə ən böyük içki istehsalatçısı olan CocaCola şirkəti ilə istehsal olunan içkilərin qablaşdırılmasına dair müqavilənin imzalaması ilə nəticələnmişdir. Şirkətin olduqca gənc olmasına baxmayaraq biz tam inamla deyə bilərik ki, siyasətimiz gələcəkdə də dəyişməyəcəkdir və yüksək keyfiyyət hər zaman devizimiz olaraq qalacaqdır!

Ehtiyyatlar

Hal hazırda bizim iistehsalatda 200 işçi çalışır, bunlardan 120 nəfər şirkətin ştatında fəaliyyat göstərən işçi heyətidir. İstehsalatın nəzdində mövcud olan 10 hektarlıq sahənin 2.4 hektarı iş sahəsidir. Bizim həmçinin Bakıda da 150 işçi, 1000 kv metrlik zirzəmi sahəsi, ofis, avto park və bir neçə onlarla yük maşınları təşkil edən nümayəndəliyimiz var. Nümayəndəlik əsasən bütün Azərbaycan üzrə paylaşdırma və marketinq fəaliyyəti ilə məşğuldur.


   
 
             Print Təkliflər            TV kommersiya  

BALACANS COMPANY

  Ana səhifə | Məhsulları | Istehsal prosesinin | Əlaqə