AZE | RUS | ENG
Ana səhifə Məhsulları Istehsal prosesinin Əlaqə
   

Məhsulları

 

Məhsulumuzun keyfiyyəti

Şirə istehsalatında istifadə etdiyimiz içkilərin tərkib hissəsini təşkil edən xam mal ekoloji cəhətdən təbii və təmizdir . Yeni yüksək keyfiyyətli texnologiya və avadanlığın hesabına, istehsalatın bütün mərhələləri bir sahədə cəmləşdirilmişdir. Bu da bizə istifadə olunmamış xam malın qiymətinin aşağı düşməsinin qarşısını alma imkanı yaradır, çunki xam mal maksimal şəkildə emal olunur, və bununla da biz, istehsal olunmuş məhsulun yüksək keyfiyyətdə olmasını əldə edirik. Həmçinin, heç bir halda məhsulun ucuzlaşması yolu ilə getmir və aşağı keyfiyyətli xam maldan istfadə etmirik.

İstehsalat markası

Bizim şirələrimiz Well! və Innabi şirələridir, bu içkilər yüksək keyfiyyətli təbii xam maldan hazırlanmışdır və isveç texnologiyası üsulu ilə Tetra Pak qablarında hermetik şəkildə qabllaşdırılmışdır. 2008 ildə istehsal olunmuş bu içkilər Azərbaycan bazarında və ABŞ da keçirilmiş ən böyük sərgidə özünü tezliklə doğruldmuşdur.

Məhsulları

İnsan həyatını daima stress altında keçirir. Həyatımız fiziki və psixoloji problemlərlə doludur. Biz xoşagəlməz ekoloji vəziyyət, təbii fəlakətlər, iqtisadi böhranlar dövründə yaşayırıq. Meqapolis sakinləri belə mənfi faktorlara daha çox məruz qalırlar. Təbii şirələr sağlamlaşdırıcı və bərpaedici gücə malikdir, çünki meyvə və tərəvəzlər qidamızda böyük rol oynayır və səhhətimizə müsbət təsir göstərir. Təbii şirələrin tərkibində çoxlu vitamin, karbohidrat, orqanik turşular, fermentlər və digər xeyirli maddələr var. Onlar orqanizmdə mübadilə proseslərinin yaxşılaşdırılmasına imkan yaradır, immuniteti artırır, damar divarlarını möhkəmləndirir və qan dövranını yaxşılaşdırır. Sağlam şirələri əldə etmək üçün kimyəvi gübrələri olmayan, orqanik torpaqda yetişdirilən meyvə və tərəvəzdən istifadə etmək lazımdır. Nektar və şirələrin istehsalı üçün “Balacans” MMC məhz belə xammaldan istifadə edir.

Alma şirəsi

Məlum olduğu kimi təbii alma şirəsinin tərkibində çoxlu vitamin var. Almalar pektin maddələrlə zəngin olduğu üçün alma şirəsi orqanizmin qoruyucu sistemlərini aktivləşdirir və toksinlərin çıxardılmasına imkan yaradır. Alma şirəsini səhhətə zərər vurmadan istənilən qədər içmək olar. Bundan əlavə, alma şirəsi fitnes və müxtəlif pəhrizlər üçün əvəzedilməzdir. Well! alma şirəsi təbii almanın bütün vitamin və keyfiyyətlərini saxladığına görə həm dadlı, həm də xeyirlidir.

Portağal şirəsi

Portağal şirəsinin tərkibində çoxlu minerallar var. Onların içində kalsium, fosfor, kalium, mis, dəmir, maqnezium və sink mövcuddur. Vitaminlərlə dolu olan portağal şirəsi tonusu qaldırır, yorğunluğu alır və qan damarlarını möhkəmləndirir. Lakin, portağal sadəcə vitaminlərlə yox, müxtəlif mineral və antioksidantlarla da zəngindir. Portağal şirəsini müntəzəm olaraq içməklə bir çox xroniki xəstəliklərin qarşısını almaq olar. Well! portağal şirəsi yüksək keyfiyyətin və əla dadın zaminidir, çünki biz ancaq təzə və sulu meyvələrdən istifadə edirik.

Şaftalı şirəsi

Şaftalı şirəsi vitaminlər, mineral duzlar, dəmir və orqanik turşularla zəngindir. Şaftalı şirəsi ürək-damar sistemini möhkəmləndirir, yağlı qidanın həzm olunmasına kömək edir, hemoqlobinin əmələ gəlməsində aktiv iştirak edir. Bundan başqa, şaftalı şirəsinin tərkibində olan vitaminlər kompleksi orqanizmə ətraf mühitin mənfi şəraitinə uyğunlaşmağa köməklik edir. Well! şaftalı şirəsi əsl şaftalı şirəsinə xas olan keyfiyyət və üstünlüklərə malikdir. O, vitaminlərlə doludur və çox gözəl ətir və zərif dadı ilə fərqlənir.

Ərik şirəsi

Ərik şirəsi tərkibindəki karotin və kalium sayəsində insanın sağlamlığı üçün çox faydalıdır. Ərik şirəsi zərif ətir və dadı ilə fərqlənir. O, fiziki və emosional stress hallarında iş qabiliyyətini artırmaq xüsusiyyətinə malikdir. Well! ərik şirəsi nəinki dadlı, hətta tərkibində çoxlu dəmir olan olduqca xeyirli bir şirədir. Onun istehsal olunması zamanı yalnız sulu və zədələnməmiş meyvələrdən istifadə olunur. Bu, ərik şirəmizə bütün müsbət xüsusiyyətlərini saxlayıb qorumağa imkan verir.

Albalı nektarı

Albalı nektarı digər təbii şirələr qədər dadlı və xeyirlidir. Tərkibində olan çoxlu dəmir, folium turşusu və maqnezium, eləcə də vitaminlər və gümrahlaşdıran maddələr insanın orqanizminə yaxşı təsir edir. Bundan əlavə, albalı nektarı susuzluğu yatızdırır və iştahanın yaxşılaşdırılmasına köməklik edir. Well! albalı nektarı ən sulu və təzə albalılardan hazırlanır. Məhz buna görə dadı dolğundur, ətrinə isə tab gətirmək olmur.

Multivitamin nektarı

Well! multivitamin nektarı müxtəlif meyvə və vitaminlərin qarışığıdır. Nektarın tərkibində gümrahlığı saxlayan və əhval-ruhiyyəni qaldıran dadlı və xeyirli, mineral, karbohidrat, turşular, metallar və digər bioloji cəhətdən aktiv maddələrlə dolu meyvələr var. Nektarın tərkibinə portağal, mandarin, ananas, alma, laym, marakuya, eləcə də banan, quava, ərik, papaya və manqo püreləri daxildir. Nektarın konsistensiyasını təşkil edən meyvələrin optimal birləşməsi asanlıqla həzm olunur və orqanizmi tələb olunan vitaminlərlə qidalandırır.

Frutmiks

Well! frutmiks nektarının tərkibinə ananas, portağal, nar və ərik püresi daxildir. Bu inqrediyentlərin birləşməsi əsaslı surətdə düşünülüb, bütün proporsiyalar dəqiqliklə hesablanıb – məhz buna görə bu nektarın qeyri-adi dadı o qədər ləzzətli və ətirlidir. Dad keyfiyyətlərindən əlavə nektarın tərkibində insan orqanizminə lazım olan vitaminlər kompleksi, mineral duzlar və mikroelementlər var. Well! frutmiks nektarı təravətləndirici effektə malikdir və susuzluğu çox yaxşı yatırdır.

Yemişan nektarı

Yemişan meyvələrindən alınan nektarın tərkibində aktiv maddələrin bütöv kompleksi və bir çox vitaminlər var. Yemişan nektarı mövsüm avitaminozu, orqanizmin intoksikasiyası, fiziki və emosional stressləri zamanı çox xeyirlidir. Onu həmçinin görmə qabiliyyətinin yaxşılaşdırılması üçün tövsiyə edirlər. Well! yemişan nektarı ən sulu meyvələrdən və hazırlama prosesinin bütün incəliklərinə riayət etməklə istehsal olunur. Buna görə də şirəmiz zərif dadı və ətri ilə seçilir.

İtburnu nektarı

İtburnu meyvələri bir çox vitamin və mikroelementlərlə zəngindir. İtburnu immunitetin artırılmasına imkan yaradır və orqanizmi vaxtından əvvəl qocalmasından qoruyur. İtburnunun tətbiq spektri çox genişdir – müxtəlif xəstəliklərin müalicəsi və profilaktikasından tutmuş keçirilmiş xəstəliklərdən sonra güclərin bərpa olunmasına qədər istifadə oluna bilər. Well! itburnu nektarı insanın iş qabiliyyətini, onun fiziki və zehni aktivliyini artıran əla gümrahlaşdırıcı vasitədir.

Innabi nar şirəsi

Nar şirəsi tərkibində bütöv vitaminlər kompleksi, mineral və mikroelementlər olan olduqca dəyərli məhsul hesab edilir. Tərkibinin sayəsində o, çox yaxşı həzm olunur, mədə şirəsini stabilləşdirir və qan tərkibini normallaşdırır. Bundan əlavə, Innabi nar şirəsi 100% təbiidir, onun germetik qablaşdırması isə dadını və bütün xeyirli keyfiyyətlərini qoruyub saxlayır. Innabi nar şirəsi sağlamlığın rəhni və təzə narın müqayisəedilməz ləzzətidir.

Well! nar qarışıqlı şirələr

Well! nar şirəsi şirkətimizin zavodunda istehsal olunan nar məhsullarının dəyişilməz keyfiyyətidir. Germetikliyi sayəsində meyvələrin dadını və bütün xeyirli keyfiyyətlərini saxlayan etibarlı qablaşdırma gözəl və kreativ dizaynı ilə fərqlənir. Biz xüsusi və müqayisəedilməz dadı ilə fərqlənən nar qarışıqlı şirələrin geniş çeşidini təklif edirik. Alma, portağal, albalı, qırmızı portağal, qreypfrut və limon, ərik, qırmızı giləmeyvələr, meşə giləmeyvələri ilə narın qarışığı, eləcə də nar, kök və multimeyvə şirələrinin unikal birləşməsi təbii şirə sevərlər üçün əsl bayramdır.

Kompot

Kompot Azərbaycanlıların ən sevdiyi içkilərindən biridir. Meyvə və giləmeyvələrdən hazırlanmış kompotlar çoxlu vitamin və xeyirli maddələri qoruyub saxladığı üçün nəinki dadlı, həm də xeyirlidir. Kompotların istehsalında biz ənənəvi bişirmə qaydalarına ciddi surətdə əməl edirik, məhz buna görə də onlar o qədər dadlı və dolğundur.
Balacans şirkəti bir çox kompot növlərini və kompot mikslərini istehsal edir: böyürtkən, gavalı, zoğal, yemişan, şaftalı, üzüm, feyxoa kompotları, eləcə də feyxoa və yemişan, feyxoa və alma, feyxoa və heyva, alma və yemişan, heyva və yemişan, heyva və nar, alma və nar miksləri.

Mürəbbə

Mürəbbə illər boyu Azərbaycanlıların ən çox xoşladıqları şirniyyatlardandır. Əsl mürəbbə sevərlər onu ev şəraitində bişirməyə üstünlük verirlər, çünki onun hazırlanması zamanı yalnız keyfiyyətli məhsullardan istifadə olunduğu və meyvə və şəkərin düzgün nisbətinə əməl olunduğundan əmin olmaq istəyirlər. İstehlakçılarımız əziyyət çəkməsin deyə Balacans şirkəti ev şəraitində bişirilən mürəbbələrdən seçilməyən ləzzətli, şirəli, ətirli mürəbbələr istehsal edir.
Şirkətimiz hər kəsin zövqünə uyğun mürəbbələr istehsal edir: alma, böyürtkən, gavalı, albalı, heyva, şaftalı, zoğal, gül mürəbbələri. Bundan başqa, biz alma, böyürtkən və xurmadan hazırlanmış ləzzətli cemləri də istehsal edirik – qurmanlar üçün əsl bayram!

Cappy

Biz alkoqolsuz içkilərin ən böyük istehsalçısı olan Coca-Cola şirkəti ilə əməkdaşlıq edirik. Coca-Cola ilə müqavilənin imzalanması nəticə

Dimes

Şirkətimizin zavodunda həmçinin özünü yerli bazarda tanıdan populyar Dimes şirəsinin tökülməsi həyata keçirilir.


   
 
             Print Təkliflər            TV kommersiya  

BALACANS COMPANY

  Ana səhifə | Məhsulları | Istehsal prosesinin | Əlaqə